Tramp Zukerberq ilə görüşdü

28.11.2024

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "Meta" şirkətinin rəhbəri Mark Zukerberq ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Trampın özünə köməkçi təyin etdiyi və Ağ Evin siyasət və milli təhlükəsizlik məsələləri üzrə aparat rəhbərinin müavini Stiven Miller "Fox News"a açıqlama verib.

"Bəli, bu doğrudur. Mark Zukerberq Donald Trampın rəhbərlik etdiyi islahat hərəkatı sayəsində Amerikada və bütün dünyada gördüyümüz dəyişiklikləri dəstəkləmək və bu prosesdə iştirak etmək arzusunu çox açıq şəkildə ifadə edib".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью