Tramp Zukerberq ilə görüşdü

28.11.2024

Icma.az bildirir, Operativ MM portalına istinadən.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "Meta" korporasiyasının təsisçisi Mark Zukerberq ilə Floridadakı Mar-a-Laqo iqamətgahında görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Donald Trampın müşaviri Stiven Miller təsdiqləyib.

“Markın öz maraqları, şirkəti və planları var. Lakin o, Trampın rəhbərliyi altında Amerikaya dəstək vermək istədiyini açıq şəkildə bildirib”, - Miller deyib.

Qeyd edək ki, Donald Tramp bundan əvvəl Mark Zukerberqi tənqid edib. Gələcək prezident “Amerikanı xilas etmək” kitabında iş adamını 2020-ci il seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib və onu həbslə hədələyib .

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью