Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya siyasətinə qarşı Konqresdə hətta öz partiyası d
“Cebheinfo.az”-ın məlumatına görə, Almaniyanın “Bild” nəşri belə yazır.
“Respublikaçıların qəzəbi rədd cavabı verməkdən tutmuş Qrenlandiya böhranının, hətta Trampın prezidentliyinə son qoya biləcəyi ilə bağlı xəbərdarlıqlara qədər dəyişir.
Hələlik, bu əhval-ruhiyyə əsasən Trampı tənqid edən mühafizəkarlar qanadı tərəfindən müəyyən edilir.
Bu dostcasına “atəş” şübhəsiz ki, Ağ Ev üçün rüsvayçılıqdır.
Vaşinqtonda “Qrenlandiya sammiti” də daxil olmaqla, bir həftəlik transatlantik turbo-diplomatiyadan sonra Tramp yenə də işğal ritorikasına sadiq qalır: “Qrenlandiya milli təhlükəsizlik səbəbləri ilə əlaqədar ABŞ-a daxil edilməlidir”, - deyə, o, israr edir.
Respublikaçı konqresmen Don Bekon isə deyir: “Bu, indiyə qədər eşitdiyim ən axmaq şeydir”.
O, Trampın Qrenlandiyaya olan gerçək həvəsindən danışıb və xəbərdarlıq edib ki, xüsusilə də müttəfiqlərə qarşı bu aqressiv kursun davam etdirilməsi, hətta impiçment proseduruna səbəb ola bilər.