Trampa etiraz edən şəxs Konqresdən qovuldu

05.03.2025

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Texas ştatının nümayəndəsi Al Qrin Nümayəndələr Palatasından qovulub.

Sfera.az “BBC” yə istinadən xəbər verir ki, Hyuston şəhərində keçirilən konqresdəki birgə çıxışı zamanı Texas ştatının nümayəndəsi  ABŞ-nin Prezidenti Donald Trampa etiraz etdiyinə görə Nümayəndələr Palatasından kənarlaşdırılıb.

Qrin Trampın çıxışının ilk dəqiqələrində ayağa qalxaraq “Cənab prezident, səlahiyyətiniz yoxdur!” deyə qışqırıb. O, Tramp administrasiyasının “Medicaid” proqramındakı kəsintilərinə etiraz edib. Lakin bu zaman Respublikaçılar onun səsini “U-S-A!” şüarları ilə boğublar.

Nümayəndələr Palatasının sədri Mayk Conson Qrinin zaldan çıxarılmasını əmr edib. Qeyd edək ki, nümayəndə Trampın kəskin tənqidçilərindən biri kimi tanınır və onun ilk prezidentlik dönəmində impiçment edilməsini tələb edənlərdən biri olub.

Fidan Hacızadə
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью