Trampa görə ulduz müğənni stadionda pərt oldu

11.02.2025

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın "Super Bowl" yarışını stadiondan izləməsi ulduz müğənni Teylor Svift üçün xoşagəlməz halla nəticələnib.

BAKU.WS xəbər verir ki, bu barədə "SKY Sports" məlumat yayıb.

Məşhur müğənni sevgilisi Trevis Kelsini dəstəkləmək üçün "Kansas City Chiefs" komandasının oyununu stadiondan izləyib. Onun böyük ekranda göstərilməsi azarkeşlər tərəfindən etirazla qarşılanıb.

Buna qədər isə ekranda Ağ Ev rəhbəri Donald Tramp nümayiş etdirilib. Azarkeşlər onu böyük coşqu ilə qarşılayıblar.

Trampın seçki kampaniyası zamanı onu tənqid edən Teylor Svift ekranda göstərilərkən isə azarkeşlər onu fitə basıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью