Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir. ABŞ Prezidenti Donald Trampın yeni administrasiyada formalaşdırdığı komandanın tə
Xüsusilə seçki kampaniyası müddətində Trampa ən çox dəstək verən milyarder İlon Maskın yeni hökumətdəki rolu birmənalı qarşılanmayıb.
Onun vacib vəzifələrə təyinat prosesinə, eyni zamanda veriləcək qərarların məzmununa müdaxilə etməyə çalışdığı bildirilir.
Həmçinin İlon Maskın Trampın qalibiyyətindən sonra bir neçə ölkənin hökumətlərini tənqid atəşinə tutması və "X" platformasına hədəfə alması da narazılıq doğurub.
Maskın məqsədi nədir? Onun fəaliyyəti hansı istiqamətdə davam edəcək?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, yeni prezidentin komandasında çalışacaq şəxslər cəmiyyət tərəfindən ciddi müzakirə mövzusuna çevrilib: "Şübhəsiz ki, ən çox müzakirə edilən də dünyanın ən zəngin adamı statusunda olan İlon Maskdır.
Tramp Maskı sözünə sadiq qalaraq Hökumətin Səmərəliliyinin Artırılması üzrə Federal Agentliyin rəhbəri təyin edib.
Kifayət qədər gücü və nüfuzu olan milyarderin Trampın tabeliyində çox da yüksək olmayan bir vəzifədə işləməyə razılıq verməsi bir qədər müəmmalıdır və bəzi sualları meydana çıxarır.