Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Kolombiya Prezidenti Qustavo Petro ABŞ-nin 3 yanvar tarixində həyata keçirdiyi hücum nəticəsində saxladığı Venesuela Prezidenti Nikolas Maduronun ölkəsinə qaytarılmalı olduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki, paytaxt Boqotada mətbuata açıqlama verən Petro ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hücumu tənqid edib və Maduronun qaytarılması çağırışını bir daha səsləndirib:
“O, Amerika məhkəməsi tərəfindən deyil, Venesuela məhkəməsi tərəfindən mühakimə olunmalıdır”. ABŞ-nin 3 yanvar tarixində Venesuelaya endirdiyi hava zərbələrini xatırladan Kolombiya lideri bildirib: “Karakasın bombalanması təkcə Maduronun deyil, birbaşa Venesuelanın hədəf alınmasıdır.
Belə bir fikir onların ağlına necə gələ bilər? Bolivarın vətənini bombalamaq bir ləkədir. Maduro ABŞ həbsxanalarında ölsə belə, məsələ bununla bitməyəcək. Bu, tarixi bir ləkə olacaq və heç vaxt unudulmayacaq”.
Birləşmiş Millətlər Təşkilatının beynəlxalq böhranların həllində təsirsiz qaldığını bildirən Petro Qəzzadakı müharibəni dayandıra bilməyən qurumun “çöküş prosesi”nə girdiyini deyib.
Boqotadakı Bolivar Meydanında etdiyi çıxışına da toxunan Petro, ABŞ Prezidenti Donald Tramp haqqında normalda daha sərt ifadələr işlədəcəyini, lakin fevral ayında Ağ Evdə keçiriləcək görüş səbəbindən ritorikasını yumşaltdığını qeyd edib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin