Trampa Nobel mükafatı düşür?

05.10.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Oktyabrın 5-dən “Nobel həftəsi” başlayır.

“Cebheinfo.az”-ın məlumatına görə, oktyabrın 5-də fiziologiya və ya tibb üzrə qalibin adı elan ediləcək.

Oktyabrın 6-da fizika, 7-də kimya, 8-də ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq. Oktyabrın 9-da Nobel Sülh mükafatı laureatının adı elan ediləcək. İqtisadiyyat üzrə Nobel mükafatı laureatının adı isə oktyabrın 12-də açıqlanacaq. Eyni zamanda, bu il böyük iş adamı və mühəndis Alfred Nobel tərəfindən təsis edilən Nobel Mükafatının 125 illiyi də qeyd olunacaq.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Sülh Mükafatını almaq istəsə də, bu ehtimal çox azdır. Bu, onun üçün əlçatmaz bir arzu olaraq qalır. Xüsusilə də Tramp administrasiyasının 2026-cı ildə Yaxın Şərqdə yeni bir müharibəyə başlaması onu Nobel Mükafatından məhrum edib. “Trampın indi əbədi davam edən İran müharibəsində ilişib qaldığını nəzərə alsaq, onun öz tərəfdarları belə, buna inanmazlar” - deyə Uppsala Universitetinin Münaqişə Məlumatları Proqramının baş analitiki Şon Devis bildirib. Eyni zamanda, Toronto Universitetinin fəxri professoru Nelson Vaysman qeyd edib ki, Tramp onun əvəzinə Nobel mükafatını alan şəxsdən mütləq narazı qalacaq.

“Beləliklə, əgər Nobel mükafatı ekspertlər tərəfindən Trampın tariflərinə qarşı çıxan və Qərb birliyini dəstəkləmək üçün qlobal səylərinə görə təltif edilən Kanadanın Baş naziri Mark Karniyə verilərsə, bu, Kanada ilə münasibətləri indikindən daha da mürəkkəbləşdirəcək”, - deyə Vaysman əlavə edib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью