Trampa qarşı açılan bütün cinayət işləri bağlanıb

26.11.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ-ın Corciya ştatında məhkəmə 2020-ci il seçkilərinin nəticələrini bu ştatda mübahisələndirməyə cəhd etdikləri üçün ABŞ prezidenti Donald Tramp və onun komandası barəsində açılmış cinayət işini bağlayıb.

APA xəbər verir ki, Fulton dairəsinin məhkəməsi prokurorluğun Trampa qarşı əvvəl irəli sürülmüş ittihamlar, o cümlədən saxtakarlıq, vəzifəli şəxsi andını pozmağa təhrik etmə və həmçinin mütəşəkkil cinayətkar qruplaşmalarla mübarizəyə yönəlmiş “RICO” Aktının pozulması üzrə icraata xitam verilməsi barədə vəsatətini təmin edib.

“Məhkəmə vəsatəti təmin edir. Bu iş tam şəkildə bağlanır”, - deyə məhkəmənin qərarında qeyd olunur.

Beləliklə, ABŞ-da artıq Amerika liderinə qarşı heç bir məhkəmədə açılmış cinayət işi yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью