Trampa qarşı impiçment prosesinə təşəbbüs göstəriləcək

06.04.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampa qarşı impiçment prosesinə təşəbbüs göstəriləcək.

Oxu.Az "The Hill" qəzetinə istinadla xəbər verir ki, müvafiq təşəbbüslə ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü El Qrin çıxış edəcək.

O, yaxın 30 gün ərzində impiçment prosesinə təşəbbüs göstərəcəyini vurğulayıb. E.Qrin hesab edir ki, D.Tramp dövlət başçısı vəzifəsini tutmağa layiq deyil:

"Növbəti 30 gün ərzində impiçment haqqında işi təqdim edəcəyəm. Ədalət məhkəməsi və xalqın idarə edilməsi məsələlərini Trampa etibar etmək olmaz".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью