Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunan amerikalı Rayan Rut məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Federal prokurorlar ittiham aktında bildiriblər ki, Rutun törətdiyi əməllər şübhəsiz şəkildə ömürlük həbs cəzasına layiqdir.
Onların iddiasına görə, Rut aylardır o vaxtkı Prezidentliyə namizəd olan Donald Trampa qarşı sui-qəsd planı üzərində çalışıb. Məhkəmə prosesində Rutun vəkili isə hökm çıxarılarkən müdafiə tərəfi adından çıxış edərək, təqsirləndirilən şəxsə 27 il həbs cəzası verilməsini xahiş edib.
Qeyd edək ki, Rayan Rut 2025-ci ilin sentyabr ayında beş maddə üzrə günahkar bilindikdən dərhal sonra məhkəmə zalında intihara cəhd edib.
Tahir Turan
Globalinfo.az