Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Kuba Respublikası Dövlət Şurasının Sədri Migel Dias-Kanel ABŞ Prezidenti Donald Trampın Kubaya neft satan ölkələrə qarşı tariflərin tətbiqini nəzərdə tutan sərəncam imzalamasına münasibət bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Dias-Kanel sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Trampın Kubaya neft tədarük edən ölkələrə gömrük rüsumları tətbiq etmək qərarına sərt reaksiya verib.
Trampın ətrafındakı şəxslər tərəfindən “yalanlarla aldadıldığını” iddia edən Dias-Kanel bildirib:
“Siyasət edən və xalqımızın əzabları üzərindən varlananların bazara çıxardığı yalan bəhanələr və boş arqumentlərlə Prezident Tramp, Kuba ilə suveren şəkildə neft ticarəti aparan ölkələrə gömrük vergiləri tətbiq edərək Kuba iqtisadiyyatını boğmağı qarşısına məqsəd qoyub”.
Dias-Kanel ABŞ Dövlət katibi Marko Rubionu da hədəf alaraq deyib:
“Bu yeni qərar yalnız şəxsi maraqları naminə ABŞ xalqının mənafelərini girov götürən bir faşistin cinayətkar və soyqırımçı mahiyyətini sübut edir. Dövlət katibi və onun təlxəkləri blokadanın mövcud olmadığını demirdilərmi?”
Kuba mətbuatında yer alan məlumatlara görə, ölkənin xarici işlər naziri Bruno Rodriges təxminən 60 ildir davam edən ABŞ blokadasının Kuba iqtisadiyyatına vurduğu ziyanın 170 milyard 677 milyon dolları keçdiyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin