Trampa sərt TƏNQİD

09.04.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ Senatında demokratların azlıq lideri Çak Şumer ölkə vətəndaşlarını ABŞ Prezidenti Donald Trampı dayandırmağa çağırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Şumer bildirib ki, əgər Tramp İranla münaqişənin daha da gərginləşməsinə səbəb olarsa, ABŞ vətəndaşları daha ağır vəziyyətlə üzləşəcək. Senator vurğulayıb ki, müharibənin qarşısını almaq üçün hərbi səlahiyyətlərlə bağlı qətnamə qəbul edilməlidir.

“Biz bu müharibəyə birdəfəlik son qoymaq üçün hərbi səlahiyyətlər qətnaməsini qəbul etməliyik”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, İranla müharibə ABŞ-nin vəziyyətini böhran başlamazdan əvvəlki dövrlə müqayisədə daha da pisləşdirib. O, çıxışının sonunda Trampı sərt tənqid edərək onu “hərbi baxımdan düşüncəsiz” adlandırıb.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью