Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp ötən ay İrandan mümkün sui-qəsd təhlükəsi ilə əlaqədar Türkiyəni gizli təhlükəsizlik tədbirləri çərçivəsində tərk etdiyini təsdiqləyib. Məlumata görə, Tramp Türkiyədən ayrılarkən əvvəlcə ictimaiyyətə nümayiş etdirilən prezident təyyarəsinə minib. Daha sonra isə təhlükəsizlik məqsədilə gizli şəkildə başqa hərbi təyyarəyə keçirilib.
Trampa qarşı mümkün sui-qəsd cəhdinin arxasında kim dayana bilər?
Siyasi şərhçi Çingiz Şahbazi Demokrat.az-a bildirib ki, iyulun 8-də Ankaradan çıxış zamanı baş verən hadisə adi təyyarə dəyişməsi kimi təqdim edilmişdi:
“Bu gün, avqustun 12-də isə hadisənin yeni detalları üzə çıxıb və bunun İrandan gələn sui-qəsd planı təhlükəsi ilə əlaqəli gizli təhlükəsizlik əməliyyatı olduğu bildirilir. Tramp 7-8 iyul tarixlərində NATO Sammiti üçün Ankaraya Qətərin hədiyyə etdiyi, xüsusi olaraq prezident istifadəsi üçün modelləşdirilmiş Boeing 747 təyyarəsi ilə gəlib. Ankaradan çıxarkən isə ABŞ prezidenti kameraların qarşısına köhnə "Air Force One" təyyarəsinə minib. Hər kəs onun məhz həmin təyyarə ilə getdiyini düşünür və sonradan məlum olub ki, onu həmin təyyarədən gizli şəkildə başqa təyyarəyə keçiriblər. Əməliyyat Ankara hava limanının yemək xidməti maşını ilə həyata keçirilib və ABŞ prezidenti daha kiçik təyyarə ilə Britaniyaya uçub. Orada isə yenidən əsas təyyarəyə keçidi təşkil olunub.
Ekspert əlavə edib ki, ictimaiyyətə nümayiş etdirilən “Air Force One” təyyarəsinə Ağ Ev administrasiyasının nümayəndələri və jurnalistlər mindirilib və onlar da Britaniyaya uçublar:
“İlk günlərdə Ağ Ev Trampın təyyarə dəyişməsi hadisəsini başqa cür izah edirdi. Daha sonra isə ABŞ-nin nüfuzlu mətbuat orqanlarının araşdırmaları nəticəsində məlum olub ki, məsələ daha ciddi olub və ABŞ-nin təhlükəsizlik qurumlarının aldıqları məlumata əsasən, prezident Trampa qarşı sui-qəsd təhlükəsi mövcud olub. Bu təhlükə kifayət qədər ciddi qiymətləndirilib. Bu gün isə Tramp baş verənləri özü də təsdiqləyib və təhlükəsizlik qüvvələrinin verdiyi bütün məsləhətlərə əməl edərək təyyarəni dəyişdiyini bildirib. Həmçinin təhlükənin İranla bağlı olduğunu da qəbul edib. İranın adı hallansa da, konkret qrupun adı, yaxud əməliyyatçıların və bu işin başında duran şəxslərin adları açıqlanmayıb. Bəzi mənbələr bildirirlər ki, bu məlumatı ABŞ təhlükəsizlik qüvvələrinə İsrail tərəfi çatdırıb və İsrail kəşfiyyatı İranın Trampın təyyarəsini göydə vurmaq üçün hətta çiyindən atılan hava hücumundan müdafiə raketlərindən istifadə edəcəyinə dair xəbərdarlıq edib.
Fakt isə bundan ibarətdir ki, bütün bunlar təsdiqlənmiş məlumat deyil. Aldadıcı təyyarəyə hücum baş vermədi və hücum faktı olsaydı, bu məlumat müəyyən qədər öz təsdiqini tapardı. İsrailin İrana qarşı belə məlumatlar verməsi də ayrıca təbliğat xarakterli ola bilər. Həmçinin burada Türkiyə hədəf alınıb və Türkiyə qeyri-sabit ölkə kimi göstərilir və sair.
Əgər bu, doğrudan da belədirsə, onda tutulacağı ehtimal olunan təyyarəyə Ağ Ev administrasiyasının nümayəndələri və jurnalistlər nə üçün mindiriliblər? Bu kimi suallar, əlbəttə ki, mövcud məlumatları şübhə altına alır. Hesab edirəm ki, aldadıcı təyyarəyə minən jurnalistlər bu informasiyanın nə qədər həqiqətə uyğun olduğunu yaxın günlərdə açıqlayacaqlar”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Trampa qarşı mümkün sui-qəsd cəhdinin arxasında kim dayana bilər?