Trampa vəd verib Putinlə danışıqlardan imtinasını istəyirlər

24.02.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampı Ukraynanın gələcək təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Avropa öhdəlikləri müqabilində Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya ilə danışıqlardan imtina etməyə inandırmağa çalışacaqlar.

Ölkə.Az xəbər verir ki, bu barədə “The Times” qəzeti diplomatik mənbələrə istinadən yazır.

Onların fikrincə, iki ölkənin liderləri öz yanaşmalarını əlaqələndirmək və Trampın münaqişəyə son qoymaq planlarına təsir göstərməyə çalışmaq barədə razılığa gəliblər. Makronun Vaşinqtona səfəri bazar ertəsi, Starmerin isə cümə axşamı baş tutacaq.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью