Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq Futbol Federasiyası (FİFA) ilk laureatı ötən il ABŞ Prezidenti Donald Tramp olan Sülh Mükafatını ləğv etməyi və ya adını dəyişdirməyi nəzərdən keçirir.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Bildirilir ki, FİFA bu yaxınlarda mükafatın təsis edilməsi səbəblərini və onun mövcudluğunun nə dərəcədə məqsədəuyğun olduğunu araşdırmaq üçün komitəyə tapşırıq verib.
Futbol qurumunun üç yüksək vəzifəli rəsmisinin sözlərinə görə, təşkilat mükafatı ləğv etməyə və ya adını dəyişdirməyi nəzərdən keçirir.
Qeyd edək ki, FİFA mükafatı ötən ilin 5 noyabrında elan edib. Mükafat hər il sarsılmaz fədakarlığı və görkəmli nailiyyətləri ilə insanları sülh naminə bir araya gətirən şəxslərə təqdim olunur. 5 dekabr 2025-ci ildə isə Dünya Çempionatının püşkatması zamanı mükafat Trampa təqdim olunub.