Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Senatındakı respublikaçılar Prezident Donald Trampın Pentaqon üçün irəli sürdüyü iki namizədin təsdiqlənməsinin qarşısını almağa hazırdırlar.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
“Söhbət Pentaqonun siyasət idarəsində Strategiya, Planlar və İmkanlar üzrə direktor vəzifəsinə namizəd göstərilən Ostin Damerdən və onun müavini vəzifəsinə namizəd olan Aleks Velez-Qrindən gedir. Demokratlar da 2027-ci ilin yanvarında Konqresdə nəzarəti ələ keçirdikdən sonra bu təyinatlara qarşı çıxmaq niyyətindədirlər”, - məlumatda qeyd olunub.