Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Donald Tramp deportasiya qərarından sonra ölkəni tərk etməyən miqrantları gündə 998 dollar cərimələməyi planlaşdırır.
Ölkə.az bu barədə “Reuters”ə istinadla xəbər verir.
Məlumata görə, bu tədbir 1996-cı il tarixli "İmmiqrasiya və Milli Təhlükəsizlik Qanunu"na əsaslanır.
Bundan əlavə bildirilir ki, cəriməni ödəyə bilməyənlərin əmlaklarına həbs qoymaq planlaşdırılır.
Məlumata görə, bu tədbirlər təxminən 1,4 milyon deportasiya əmri verilmiş miqranta şamil edilir və geniş miqyaslı immiqrasiya sərtliyinin bir hissəsidir.
Həmidə İbrahimova