Trampdan acı etiraf: Sən demə çətin imiş, Putinlə Zelenski görüşü isə...

04.09.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Elə düşünürdüm ki, Rusiya-Ukrayna müharibəsini dayandırmaq ən asan müharibələrdən biri olacaq, amma sən demə bu digərlərində daha çətin imiş.
Ölkə.az  xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp  CBS News-a müsahibəsində deyib.
" Açığını desəm, Rusiya müharibəsinin dayandırdığım ən asan müharibələrdən biri olacağını düşünürdüm, lakin görünür, bu, digərlərindən bir az daha çətindir", - Tramp etiraf edib.
Putinlə Zelenskinin hələ ki, görüşə hazır olmadığını qeyd edən Tramp bildirib ki,  mən bu barədə Putin və Zelenski ilə danışmışam: “Onlar hələ hazır deyillər. Amma nəsə baş verməlidir. Biz bunu edəcəyik".
Tramp Putinlə Zelenski arasında görüşün perspektivləri ilə bağlı qeyri-müəyyənliyin olmasına baxmayaraq, Rusiya və Ukrayna arasında sülh sazişinin əldə edilməsindən əl çəkməyəcəyini də qeyd edib. 
"Düşünürəm ki, biz hər şeyi yoluna qoyacağıq”, - Ağ Ev rəhbəri vurğulayıb.
Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью