Trampdan açıq mesajlar: Ərazisini böyüdür, ordu göndərir

21.01.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

And içərək ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın inaqurasiya zamanı nəinki Amerika ictimaiyyətinə, ümumilikdə dünyaya çox ciddi mesajlar verib.

Ölkə.Az xəbər verir ki, ABŞ-nin yeni prezidenti Tramp verdiyi mesajlar aşağıdakılardır:

- ABŞ-nin qızıl dövrü başlayır;

- ABŞ-nin Paris İqlim Sazişindən çıxır;

- Neft və qaz istehsalına qoyulan əngəllərin aradam qaldırılması;

- Panama Kanalı ABŞ-yə geri qaytarılacaq; 

- Amerikada iki cins olacaq: kiçi və qadın;

- Elektrik maşınlar qanunu ləğv ediləcək;

- ABŞ-nin cənubunda fövqəladə vəziyyət elan olunacaq;

- Meksika sərhədinə ordu göndəriləcək;

- Meksikanın narkotik kartelləri terror təşkilatı kimi tanınacaq;

- Meksika körfəzi ABŞ körfəzi olacaq;

- Qanunsuz miqrantlar ölkədən çıxarılacaq;

- Marsda ABŞ bayrağı dalğalanacaq;

- ABŞ-nin ərazisi böyüyəcək;

- Dünyanın ən güclü və qüdrətli ordusunu yaradılacaq;

- Bütün müharibələrə son veriləcək;

- Üçüncü Dünya müharibəsinə imkan verilməyəcək;

- ABŞ iqtisadiyyatı böyüyəcək;

- ABŞ dünyanın ən güclü və inkişaf etmiş ölkəsi olacaq.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью