Trampdan AfD yə dəstək: “Böyük uğur qazandılar”

09.09.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə “Almaniya üçün Alternativ” (AfD) partiyasının qələbəsini “böyük uğur” adlandırıb.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək sentyabrın 6-da keçirilən seçkilərdə AfD-nin nəticəsini alqışlayıb. O, partiyanın yüksəlişini Almaniyanın immiqrasiya siyasətinə qarşı artan narazılıqla əlaqələndirib.

“Alman populist partiyası” adlandırdığı AfD-nin böyük uğur qazandığını bildirən Tramp deyib: “Nəhayət, onlar Almaniyaya bu qədər zərər verən dəhşətli immiqrasiya qaydaları və qanunlarından beziblər”.

ABŞ prezidenti AfD-nin yüksəlişdə olduğunu və Alman xalqının ölkənin mövcud immiqrasiya siyasətinə artıq dözmədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью