Trampdan Almaniya ilə bağlı diqqətçəkən paylaşım Şərh yoxdur

07.09.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən parlament seçkilərində ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının liderliyini göstərən qrafik paylaşıb.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında exit-poll nəticələrini əks etdirən qrafiki yayımlasa da, AfD-nin seçkilərdəki nəticəsi ilə bağlı heç bir şərh verməyib.

Exit-poll nəticələrinə görə, AfD səslərin 44,5 faizini toplayaraq seçkilərdə birinci yerdədir. Əyalətdə təxminən 1,7 milyon seçicinin səsvermə hüququ olub.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью