Trampdan Almaniyadakı seçkilərin yekunu haqqında: ABŞ üçün böyük gündür

24.02.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Almaniyada keçirilən seçkilərdə  Xristian İttifaqı (CDU/CSU) partiyalarının  qələbə çalmasından sonra münasibətini açıqlayıb.
Ölkə.Az xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasında  yazıb. 
Tramp Almaniya xalqının da ABŞ kimi uzun illərdir hakimiyyətdə olan, xüsusən də enerji və immiqrasiya mövzusunda olan və sağlam düşüncədən məhrum olan gündəmdən bezdiyini qeyd edib.
“Bu gün Almaniya və Donald Tramp adlı centlmenin liderliyində ABŞ üçün böyük bir gündür”, - Tramp qeyd edib.
O daha sonra qeyd edib: "Hər kəsi təbrik edirəm. Daha çox qələbələr gözləyirik".
Qeyd edək ki, Almaniyada keçirilən növbədənkənar ümumi seçkilərdə Xristian Birlik partiyalarının (CDU/CSU)  kansler namizədi Fridrix Merz birinci yerə çıxıb və qələbəsini elan edib.
Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью