Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp Amerikanın NBC kanalına verdiyi müsahibədə Çin Xalq Respublikasının Sədri Si Cinpini ilin sonuna yaxın Ağ Evdə qəbul edəcəyini deyib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, D.Tramp digər məsələlərlə yanaşı, ticarət məsələlərini də müzakirə edəcəklərini bildirib:
"O, ilin sonuna yaxın Ağ Evə gələcək. ABŞ və Çin dünyanın ən güclü iki ölkəsidir və aramızda çox yaxşı münasibətlər var". Müsahibə zamanı o, aprel ayında Çinə səfər edəcəyini bir daha təsdiqləyib.
Məlumat üçün bildirək ki, ABŞ lideri Donald Trampın ötən il hakimiyyətə qayıtmasından bəri iki supergüc arasında münasibətləri gərginləşdirən Vaşinqton və Pekin arasında tariflər üzərində yaranan qarşıdurma fonunda ABŞ prezidenti iki liderin mütəmadi olaraq iqtisadi və ticarət məsələləri ilə bağlı fikir mübadiləsi apardıqlarını iddia edib:
"Bilirsiniz, mənim onunla və onun da mənimlə yaxşı münasibətdə olması vacibdir”.
Donald Tramp israr edib ki, Çin çoxlu miqdarda tarif ödəyir. Keçmişdə etməmişdilər:
“Çinə tarif tətbiq edən mənəm. Ölkəmiz yüz milyardlarla dollar tarif toplayıb”.
Aydın Baxış