Trampdan Baydenin əfv etdiyi 37 məhbusa bayram təbriki: Cəhənnəmə gedin”

27.12.2024

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tezliklə vəzifəsini tərk etməyə hazırlaşan ABŞ prezidenti Co Bayden tərəfindən əfv edilən amerikalı cinayətkarlar heç bir şən Milad təbrikinə layiq deyillər və sadəcə olaraq “cəhənnəmə gedə bilərlər”.

Publika.az xəbər verir ki, bu barədə Donald Tramp bildirib.

“Co Baydendən inanılmaz əfv alan 37 qəddar cinayətkara Milad bayramı arzulamaqdan imtina edirəm, əksinə deyirəm: cəhənnəmə gedin” – Tramp "Truth" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp, əlavə edib ki, hər kəsi Milad bayramı münasibətilə təbrik edir.

Adəm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью