Trampdan Baydenlə bağlı tapşırıq: Araşdırmalar başladı

05.06.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp demokrat sələfi Co Baydenin prezidentliyi dövründə əməllərinin araşdırılması barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bildirilib ki, respublikaçılar onun əvvəlki imzalarını, o cümlədən səlahiyyət müddətinin sonuna qədər qəbul etdiyi əfvlər və federal qanunları ləğv etməyin yollarını axtarırlar.

Bayden isə sözügedən prosesi “absurd” adlandırıb:

“Əfv, icra sərəncamları, hüquqi tənzimləmə və bəyannamələrlə bağlı qərarları özüm vermişəm. Bunu etmədiyim barədə hər hansı məlumat yalandır”.

İddialara görə, Bayden sənədləri avtomatik imza vasitəsilə təsdiqləyib və bu, onun səhhəti ilə əlaqədar olub.

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью