GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Tramp bəzi ölkələrə qarşı cavab tariflərini 90 gün müddətinə dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özü açıqlama yayıb.
Onun sözlərinə görə, 75-dən çox ölkə lideri ABŞ-a ticarət, ticari maneələr, rüsumlar və maliyyə tariflərini əhatə edən məsələlərlə bağlı müraciət ünvanlayıb.
Bu səbəbdən bir sıra ölkələrə qarşı tətbiq edilən cavab rüsumları 90 gün müddətinə dayandırılır.
Qeyd olunur ki, həmin ölkələr ABŞ-a qarşı heç bir cavab tədbirləri görməyən ölkələrdir.
90 günlük fasilə ilə yanaşı həmin ölkələrə ən aşağı rüsum faizləri – 10 faiz – tətbiq ediləcək.
“Qərar dərhal qüvvəyə minəcək”, – Tramp əlavə edib. Aysel Əliyeva Globalinfo.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin