Trampdan böyük ifşa: Makron və Ruttenin gizli mesajlarını paylaşdı | Icma.az
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Davos Sammiti öncəsi beynəlxalq diplomatiyanı sarsıdan bir addım atıb.
Tramp Fransa Prezidenti Emmanuel Makron və NATO Baş katibi Mark Ruttenin ona göndərdiyi özəl mesajları sosial şəbəkədə paylaşaraq, dünya liderləri arasında qapalı qapılar arxasında aparılan təmasları üzə çıxarıb.
Milli.Az xəbər verir ki, Donald Tramp Makron və Ruttenin ona göndərdiyi özəl mesajların ekran görüntülərini (screenshot) "Truth Social" hesabında yayımlayıb.
Yazışmalarda Suriya, İran, Qəzza, Ukrayna və hətta Qrenlandiya ilə bağlı mühüm məqamlar yer alıb.
Trampın paylaşdığı mesajlara görə, Fransa Prezidenti Emmanuel Makron xüsusilə Suriya və İran mövzularında Vaşinqtonla eyni fikirdə olduğunu vurğulayıb.
Makronun mesajında bir məqam diqqət çəkib: o, Trampın Qrenlandiya məsələsindəki mövqeyini anlamaqda çətinlik çəkdiyini qeyd etsə də, diplomatik əməkdaşlığı artırmağa çağırıb.
Makronun mesajı: "Dostum, Suriya mövzusunda tamamilə eyni xəttdəyik. İran məsələsində böyük işlər görə bilərik.
Tam oxu
Xəbəri oxu