Trampdan bütün cəbhələrdə ATƏŞKƏS ÇAĞIRIŞI

19.06.2026

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq regionunun bütün cəbhələrində tam atəşkəsə çağırıb. Bu barədə o "Truth Social" sosial şəbəkəsində yazıb.

"ABŞ sülhə sadiqdir və biz Yaxın Şərqdə hər kəsi bizim danışıqlarımızın (İranla - red.) mükəmməl irəliləməsinə imkan yaratmaq üçün bu mövqeyə sadiq qalmağa çağırırıq. Bazarlar baş verənlərdən çox məmnundur: neftin qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşır, səhmlər isə nəzərəçarpacaq dərəcədə bahalaşır. Biz Livan, "Hizbullah" və İsrail də daxil olmaqla, bütün cəbhələrdə tam atəşkəs gözləyirik", - paylaşımda bildirilib.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью