Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdo ilə görüşü
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fox News" nəşri öz mənbələrinə istinadən məlumat verib.
Məlumata görə, keçən həftə Trampın Mar-a-Laqodakı (Florida) iqamətgahında baş tutan danışıqlarda prezident Trüdoya bildirib ki, artıq andiçmə günü, 2025-ci il yanvarın 20-də bütün Kanada mallarına 25% idxal rüsumları tətbiq edəcək.
Əgər Ottava Kanada sərhədi vasitəsilə ABŞ-yə qeyri-qanuni miqrant axını ilə bağlı vəziyyəti əsaslı şəkildə dəyişdirə bilməsə, həmçinin Trampın sözlərinə görə, hazırda təqribən 100 milyard dollar olan ticarət kəsirini azalda bilməsə, bu rüsum tətbiq ediləcək.
Trüdo öz növbəsində ABŞ Administrasiyasının gələcək rəhbərinə bu cür tədbirlərin Kanada iqtisadiyyatını öldürəcəyinə işarə edib.
Tramp isə cavabında deyib ki, Kanada, çox güman ki, ABŞ-nin 51-ci ştatı ola bilərdi.
Bu sözlər, telekanalın dediyinə görə, Kanadanın baş nazirində əsəbi gülüş doğurub.
İclas iştirakçılarından biri zarafatla qeyd edib ki, hadisələrin bu cür inkişafı halında Kanada çox liberal bir dövlətə çevrilərdi.