Trampdan Çinə mesaj: Sizə güzəştə gedərəm, bir şərtlə... | Icma.az
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ prezidenti Donald Tramp Çində yerləşən Tik-Tok proqramının ABŞ şirkətinə satışını təsdiqləmək müqabilində tarifləri azalda biləcəyi barədə Pekinə mesaj göndərib.Turkustan.az xəbər verir ki, Tramp Oval Ofisdə gündəmlə bağlı sualları cavablandırıb.O, qeyd edib ki, Tik-Tok-un ABŞ şirkəti tərəfindən alınması ilə bağlı razılaşma olmazsa, bu müraciət üçün son müddəti uzada bilər.Bu sosial media platformasına "böyük maraq göstərdiklərini" ifadə edən Tramp: "TikTok almaq üçün bir çox yol var.
Biz öz ölkəmiz üçün ən yaxşı yolu tapacağıq"-deyə, bildirdi.O, Çinin Tik-Tok alışını təsdiqləməsi lazım ola biləcəyinə diqqət çəkərək:"Düşünürəm ki, edəcəklər.
Bəlkə onlara tariflərdə bir az azalma və ya təsdiq etmələri üçün bir şey verərəm" dedi.Tariflərin Tik-Tok-dan "daha dəyərli" olduğunu müdafiə edən Tramp, endirimlərin bu mövzuda atılacaq addımlara nümunə olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu