Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Hazırda işlərimin çoxluğu səbəbindən maliyyəçi Ceffri Epşteynlə bağlı açıqlanan materiallarla tanış olmağa vaxt tapa bilmirəm”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, qeyd edib ki, söhbət milyonlarla səhifəlik sənədlərdən gedir və dövlət başçısı kimi onun gündəliyi son dərəcə sıxdır.
Tramp vurğulayıb ki, prioriteti ölkənin idarə olunması ilə bağlı məsələlərdir.
Amerika lideri Epşteyn işi ətrafında yaranan müzakirələri şişirdilmiş hesab edib və bildirib ki, bu mövzu onun barəsində siyasi manipulyasiya vasitəsi kimi istifadə olunur. O, bir daha bəyan edib ki, Epşteynlə heç bir əlaqəsi olmayıb və onun şəxsi adasında heç vaxt olmayıb.
Mətbuat konfransı zamanı CNN telekanalının müxbiri ilə gərgin dialoq da yaşanıb. Tramp jurnalistin sual vermə tərzindən narazı qalıb, onu aqressiv davranmaqda ittiham edib və istehzalı şəkildə “bir az da gülümsəməyin pis olmazdı” deyib.
Prezident əlavə edib ki, Epşteynlə bağlı sənədlərin dərc olunması ABŞ-da mövcud olan real problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, adının hər hansı siyahıda və ya sənəddə çəkilməsi avtomatik olaraq ittiham anlamına gəlmir.
Tramp məsələ ilə bağlı əlavə şərh vermək niyyətində olmadığını da bildirib.
Bizim.Media