Trampdan COVID 19 peyvəndi ilə bağlı SƏRƏNCAM

28.01.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etdiyi üçün xidmətdən tərxis olunan hərbçilərin bərpası haqqında sərəncam imzalayıb. 

“Cebheinfo.az” xəər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

O, həmçinin "hərbidə gender radikalizminə son qoymaq" və ABŞ Müdafiə Departamentində müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını geri qaytarmaq üçün sərəncamlar imzalayıb.

Tramp daha əvvəl 2021-ci ildə keçmiş prezident Co Bayden tərəfindən imzalanmış və transseksualların ABŞ Silahlı Qüvvələrində xidmət etməsinə icazə verən və Pentaqona hərbçilərin cinsi şəxsiyyətinə görə işdən çıxarılmasını qadağan edən sərəncamı ləğv etmişdi. Bundan əlavə, Tramp ABŞ hökumətinin yalnız iki cinsi - kişi və qadını tanıyacağına dair sərəncam imzalayıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью