Trampdan daha bir QADAĞA bu əməliyyatlar

29.01.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edən fərman imzalayıb.

Bakıvaxtı.az xəbər  verir ki, bu haqda Ağ Evin yaydığı bəyanatda deyilir.

Tramp məsələ ilə bağlı açıqlamasında bu tendensiyanın ABŞ və cəmiyyət üçün təhlükə yaratdığını vurğulayıb.

“Ölkə boyu həkimlər bir sıra geri dönməz tibbi müdaxilələr vasitəsilə cinsini dəyişdirə biləcəkləri bəhanəsi ilə getdikcə daha çox uşağı şikəst edirlər. Buna son qoyulmalıdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, fərman 19 yaşına çatmamış xəstələrin əməliyyatları və ya hormon terapiyası üçün dövlət vəsaitindən istifadə edilməsini qadağan edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью