Trampdan daha bir sərt addım Los Ancelesə daha 2000 əsgər göndərir

10.06.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp bir neçə gündür qanunsuz mühacirlərin kütləvi saxlanmasına qarşı etirazların davam etdiyi Los-Ancelesə daha 2000 Milli Qvardiya əsgərinin göndərilməsi barədə göstəriş verib.

Lent.az xəbər verir ki, bunu Kaliforniya qubernatoru Gevin Nyusom öz “X” hesabında yazıb.

"Mənə indicə məlumat verildi ki, Tramp Los-Ancelesə daha 2000 Milli Qvardiya əsgəri göndərəcək", - o, bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью