Trampdan diqqətçəkən xəritə paylaşımı

08.09.2026

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında diqqətçəkən xəritə paylaşıb. Xəritədə Kanada, Meksika, Kuba, Qrenlandiya və Mərkəzi Amerikanın bir sıra ölkələri ABŞ bayrağının rəngləri ilə göstərilib. Bu paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Doğru.az xəbər verir ki, xəritə ABŞ-ın ərazi ambisiyaları ilə bağlı Trampın son dövrlərdəki mübahisəli paylaşımlarının davamı kimi qiymətləndirilir. Meksika Prezidenti Klaudiya Şeynbaum isə paylaşımın ardından ölkəsinin “azad, müstəqil və suveren” olduğunu bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl Ayla bağlı da paylaşım edərək onun üzərində ABŞ iddiasını ifadə edən görüntü yayımlamışdı. Son günlərdə isə o, ABŞ-ın Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirilməsi ideyasını da gündəmə gətirib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью