Bizim media saytına istinadən Icma.az xəbər verir. ABŞ Prezidenti Donald Tramp fevralın 4-də konqresdəki çıxışı zamanı ABŞ-ın müasir “Qızıl
Ronald Reyqan bunu etmək istəyirdi, amma onda texnologiya hazırki səviyyədə deyildi.
İndi bunu edəcək texnologiyamız var”, - deyə, Tramp qeyd edib."Bizdə bu sistem olmalıdır. Çünki biz qorunmaq istəyirik.
Biz müdafiə sənayesi bazamızı gücləndirib, vətəndaşlarımızı heç vaxt olmadığı qədər qoruyacağıq”, - deyə Tramp əlavə edib.Xatırladaq ki, Tramp ötən ay “Dəmir Qübbə” milli raketdən müdafiə sisteminin inkişafı haqqında sərəncam imzalayıb.Maraqlı məqam isə ondan ibarətdir ki, uzun illərdir ABŞ-da müdafiə məqsədi ilə belə bir sistemin qurulmasından bəhs olunmurdu.
Dünyada hökm sürən gərginliklər fonunda Trampın bu planı xüsusilə diqqət çəkir.
Görünən qədərilə, ABŞ lideri ölkəsinin müdafiə potensialını gücləndirmək üçün hərəkətə keçib.ABŞ-ın III Dünya Müharibəsinə hazırlaşır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli “Qızıl Qübbə” müdafiə sistemini ABŞ-ın III Dünya Müharibəsinə hazırlığı kimi deyil, belə bir müharibə baş verərsə, özünümüdafiə məqsədilə atılan məqsədəuyğun proses kimi dəyərləndirdi:“Hər bir ölkə müəyyən müddətdən bir özünün hava hücumundan müdafiə sistemini yeniləyir, onun gücləndirilməsi istiqamətində müvafiq addımlar atır.
Bu addımlar da həmin ölkənin iqtisadi gücü və maliyyə imkanları səviyyəsində həyata keçirilir. ABŞ dünyanın ən zəngin ölkəsidir.