Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq. ABŞ prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankə
Bu paylaşım Azərbaycan və ABŞ arasında əlaqələrin inkişafı barədə nə deyir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zaur Məmmədov bildirdi ki, təbii ki, bu, Amerika Birləşmiş Ştatları ilə yeni münasibətlərin başlanğıcıdır.
"Daha doğrusu, vaxtilə Tramp ilə olan münasibətlərin inkişafıdır.
Hansı ki, 2020–2024-cü illərdə demokratların hakimiyyəti dövründə dekadensiyada idi.
Trampın bu paylaşımı həm də o deməkdir ki, Azərbaycan Prezidentini izləyirlər və prezidentimizin Amerika Birləşmiş Ştatları haqqında dediyi hər bir fikrə çox ciddi şəkildə yanaşırlar.
Prezident İlham Əliyev 2024-cü ilin yay aylarından başlayaraq Trampı açıq şəkildə dəstəkləməyə başlayıb və bunun qarşılıqlı olaraq dialoqun başlandığını görmüş olduq.
Azərbaycan-Ermənistan arasında olan münasibətdə Azərbaycanın irəli sürdüyü müddəalar Amerika Birləşmiş Ştatları tərəfindən də dəstəklənir", - deyə siyasi şərhçi əlavə etdi.