Icma.az, Olke.az portalına istinadən məlumat verir.
ABŞ prezidenti Donald Tramp uşaq təcavüzünə görə məhkum edilmiş maliyyəçi Cefri Epşteynin ünvanına sərt ittihamlar irəli sürərək, ona sui-qəsd hazırlamaqda ittiham edib.
Ölkə.az xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Məlum oldu ki, Ceffri Epşteyn və həmin alçaq yazıçı Maykl Volf Donald Trampın seçkilərdə məğlub olması üçün ona qarşı sui-qəsd hazırlayıblar", - Tramp üçüncü şəxsdə özünə istinad edərək bildirib.
"Epşteyn mənim seçkilərdə məğlub olmağım üçün bir yazıçı ilə gizlicə danışıb. Beləliklə, başa düşürsünüz ki, mənim o adamla heç bir əlaqəm yox idi", - Tramp əlavə edib.
O, müxalifətdəki ABŞ Demokrat Partiyasının ona siyasi zərər vurmaq ümidi ilə sözügedən materialların dərc olunmasını istədiyinə əminliyini ifadə edib.
"İndi isə bu, onlara əks təsir göstərir, çünki Bill Klinton bunda çox böyük rol oynayıb. Problem ondadır ki, Demokratlar Epşteynlə əlbir olublar", - Tramp əlavə edib.
Tramp onu da bildirib ki, onlar mənim seçkilərdə uduzmağım üçün birlikdə çalışırdılar.
Mürtəza