Trampdan Ərdoğanla bağlı maraqlı açıqlama “Çox ağıllıdır”

17.12.2024

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Türkiyə Suriyanın açarı olacaq. Bu ölkənin lideri ilə münasibətlərimiz isə yüksək səviyyədədir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Mar-a-Laqodakı malikanəsində jurnalistlərə bildirib.

O, Rəcəb Tayyib Ərdoğanı “çox ağıllı” adlandırıb:

“Suriyada nə baş verəcəyini hələ də heç kim bilmir, amma düşünürəm ki, Türkiyə Suriyanın “açarını” əlində saxlayacaq. Yeri gəlmişkən, Türkiyə böyük gücdür və Ərdoğan mənim çox yaxşı anlaşdığım birisidir. Onun böyük hərbi gücü var, müharibədən yıxılmayıb, çox güclü ordu qurub. O çox ağıllıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью