Trampdan fələstinlilər ilə bağlı açıqlama

28.01.2025

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Fələstinlilərin xaos və zorakılıq olmadan yaşaya biləcəkləri bir bölgədə yaşamalarını istəyirəm” .

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Tramp Mayamidən Vaşinqtona qayıdarkən təyyarədə mətbuat mənsublarının suallarını cavablandırarkən deyib.

"Qəzza zolağına baxanda görürsən ki, illərdir cəhənnəm kimidir. Düşünürəm ki, insanlara daha təhlükəsiz və daha rahat ərazilərdə yaşamağa kömək edə bilərsiniz", - deyə Tramp qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью