Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Norveç Futbol Assosiasiyası ABŞ Prezidenti Donald Trampın FIFA-nın intizam prosesinə müdaxilə etdiyini iddia edərək qurumun Etika Komitəsinə rəsmi şikayət etməyə hazırlaşır.
"AzPolitika" xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Şikayətə səbəb ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzası ilə bağlı qəbul edilən qərardır.
Belə ki, futbolçu DÇ-2026-nın 1/16 final mərhələsində Bosniya və Herseqovinaya qarşı keçirilən və ABŞ-nin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə qırmızı vərəqə alıb. Lakin onun cəzasının icrası bir il sınaq müddəti ilə dayandırılıb və bu səbəbdən Baloqun Belçikaya qarşı 1/8 final matçında da iştirak edib.
Bundan sonra Donald Tramp həmin qərarın qəbulunda şəxsən iştirak etdiyini açıqlayıb. Məlumata görə, O, FIFA prezidenti Canni İnfantino ilə danışaraq Baloqunun cəzasının ləğv edilməsinə nail olub.
Qeyd edək ki, DÇ-2026-nın qalibi İspaniya millisi olub.(teleqraf)