Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08.10.2026

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu (FTB) Co Bayden administrasiyası dövründə həyat yoldaşı Melaniyanı və oğlu Berronu izləməkdə ittiham edib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə bildirib.

"Onlar dövlət orqanlarından silah kimi istifadə ediblər, mənim həyat yoldaşımı, yetkinlik yaşına çatmayan oğlumu izləyiblər", - Tramp baş verənləri "biabırçılıq" adlandıraraq bildirib.

Bəyanata səbəb Trampın Mar-a-Laqo malikanəsində məxfi sənədlərin saxlanılması işinin təhqiqatı ilə bağlı FTB əməkdaşlarının məxfiliyi açılmış yazışmalarının Ağ Ev tərəfindən dərc edilməsi olub.

Açıqlanan materiallara görə, 2022-ci ildə malikanədəki axtarışdan əvvəl FTB əməkdaşları Trampın, onun həyat yoldaşının və oğlunun səfərləri barədə büroda olan məlumatları dəqiqləşdirməyi planlaşdırırdılar.

Söhbət xüsusilə təyyarələrin tiplərindən və onların hərəkət vaxtlarından gedirdi.

2023-cü ildə Trampa Mar-a-Laqoda məxfi sənədlərin lazımi qaydada saxlanılmamasına görə ittihamlar irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью