Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20.05.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ABŞ Sahil Mühafizəsi Akademiyasının məzunları qarşısında çıxışı zamanı gənc kursantlara həyati məsləhətlər verib.

Modern.az xəbər verir ki, Tramp çıxışında heç vaxt təslim olmamağın vacibliyini vurğulayıb.

“Harada olmağınızdan və hansı vəziyyətdə olmağınızdan asılı olmayaraq, irəliləməyə davam edin. Heç vaxt dayanmayın. Mübarizəni davam etdirin və rəqibinizi ilk təslim olan tərəfə çevirin”, - deyə ABŞ lideri bildirib.

O qeyd edib ki, insan qarşısına çıxan çətinliklərə baxmayaraq, məqsədindən geri çəkilməməlidir:

“Əgər yolunuza davam etsəniz, sonda onlar təslim olacaq”, - Tramp əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью