Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“ABŞ Prezidenti Donald Trampın danışıqlar anlayışı onun tələblərini yerinə yetirməkdən ibarətdir. Burada İrana hansısa söz hüququ tanınmır. İran isə bu danışıq anlayışını güc göstərişinə çevirib".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Azər Qasımov bildirdi.
"Hakimiyyəti ələ aldığı deyilən SEPAH İran adından Trampın qəbul etməyəcəyi təkliflər irəli sürür. Doğrudur, SEPAH daha çox daxili auditoriyaya oynasa da, Tramp da etiraf edir ki, iranlılar arxa planda görüşdə daha çox razılığa meyillidirlər, kənarda başqa şey danışırlar, buna görə Tramp danışıqları uzadır. Amma bunun da bir həddi var. Tramp vurğulayıb ki, məsələ elə həll olunmalıdır ki, bir daha yenidən başlamasın. Ona görə də Trampın məqsədi həm qüvvələri yenidən bərpa etmək, eyni zamanda konqresin razılıq məsələsini yan keçməkdir. Məlumdur ki, müharibə iki aydan çox uzanarsa, konqresin razılığı lazımdır. Tramp “müharibə bitdi” deməklə iki aylıq müddəti sıfırlayıb yeni müddət əldə etmək istəyir. Müharibənin son fazası nəticəni bəlli edəcək", - deyə o vurğuladı.
Aytəkin TOFİQQIZI