Trampdan gözlənilməz addım: Əlaqələri bərpa etdi | Icma.az
Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkilərdə qələbə qazandıqdan sonra Çin lideri Si Cinpinlə ilk telefon danışığı apardığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, söhbətin nə vaxt baş tutduğunu və nələrin müzakirə edildiyini dəqiqləşdirməyib.
Tramp deyib: “Mənim Prezident Si ilə razılaşmam var, onunla çox yaxşı anlaşıram”.
“Blumberq” yazır ki, yeni prezidentin bu açıqlaması Pekinlə Trampın komandası arasında ən yüksək səviyyədə əlaqələrin bərpa olunmasından xəbər verir.
Çin Xarici İşlər Nazirliyinin rəsmisi Mao Nin bu gün mətbuat konfransında liderlərin ünsiyyəti ilə bağlı sualdan yayınaraq, sadəcə, Pekinin ABŞ-a qarşı siyasətinin ardıcıl və aydın olduğunu söyləyib.
Trampın seçkilərdə qələbəsindən sonra Si ona təbrik mesajı göndərib və münasibətləri sağlam və sabit saxlamaq istədiyini bildirib.
Si və Tramp arasında münasibətlər keçmiş ABŞ prezidentinin hakimiyyətdə olduğu ilk dövrdə isti olub.
Tam oxu
Xəbəri oxu