Trampdan gözlənilməz qərar: ABŞ nin ilk müsəlman senatoru ilə nə danışacaq?

25.11.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ölkənin ilk müsəlman senatoru seçilən Əbdul Əl-Seyidlə səhiyyə sahəsində yeni planını müzakirə etmək niyyətindədir.

“Yeni Sabah” xəbər verir ki, tərəflərin “Trumpcare” adlandırılan və hər kəsin tibbi xidmətlərdən yararlanmasını nəzərdə tutan layihə ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.

Misir əsilli senator daha əvvəl Trampa ərəbcə “habibi” ("əzizim") deyə müraciət edib. O, “Trumpcare” adı altında hər kəsin səhiyyə xidmətlərindən yararlana bilməsini təmin edən siyasətin hazırlanmasında Trampla birgə işləməyə hazır olduğunu bildirib. Tramp bu təklifdən sonra Əl-Seyidlə ortaq məxrəcə gələ biləcəyini söyləyib. ShopByBro

ABŞ Prezidenti soyadının təklif olunan plana əlavə edilməsini də ağıllı addım hesab edir. Tramp seçkilərdən sonra Konqresdə çoxluq qazanan demokratlarla birlikdə faydalı işlər görə biləcəklərinə inandığını vurğulayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью