Trampdan hədə: “Hörmüz boğazı bağlanacağı təqdirdə...”

05.08.2026

Icma.az, Ayna saytına istinadən bildirir.

ABŞ Prezidenti İranı sərt cavab verəcəyi barədə xəbərdar edib

“Hörmüz boğazı bağlanacağı təqdirdə ABŞ İkinci Dünya müharibəsindən bəri görünməmiş bir hücuma hazırdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə deyib.

"İran heç vaxt nüvə silahına sahib olmayacaq, artıq onlara sahib ola bilməzlər. Hörmüz boğazı çox tezliklə açılacaq, ya da onlara çox ağır zərbə vurulacaq və sonra açılacaq. Bu, çox güclü, İkinci Dünya müharibəsindən bəri ən güclü hücum olacaq", - deyə Ağ Ev rəhbəri hədələyib.

Trampın sözlərinə görə, İslam Respublikası hakimiyyəti "yenidən razılaşmadan geri çəkilərsə, onlara çox ağır zərbə vurulacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью