Trampdan həmin şəkilləri soruşdular cavabı diqqət çəkdi FOTO

01.02.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ceffri Epşteyn işi ilə bağlı 3 milyondan çox yeni sənədin ictimaiyyətə açıqlanmasından sonra ilk dəfə danışıb. O, bu sənədlərin onun əleyhinə olmadığını, əksinə, günahsızlığını sübut etdiyini iddia edib.

Milli.Az xəbər verir ki, Tramp Floridaya səfəri zamanı prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırıb. O, sənədləri şəxsən oxumadığını etiraf etsə də, nüfuzlu şəxslərin ona müsbət məlumat verdiyini bildirib:

"Özüm görməmişəm, amma çox mühüm şəxslər mənə dedilər ki, bu sənədlər məni təkcə təmizə çıxarmır, həm də o 'radikal solun' gözlədiyinin tam əksini ortaya qoyur."

Açıqlanan 3 milyondan çox yeni faylda dünya şöhrətli siyasətçilər, sənətçilər və iş adamlarının adları yer alıb:

Siyasətçilər: Bill Klinton, Ehud Barak, Al Qor, Bill Riçardson.

Məşhurlar: Maykl Cekson, Kevin Speysi, Devid Kopperfild.

Vəkillər: Alan Derşovits.

Tramp iddia edib ki, sənədlər jurnalist Maykl Vulffun Epşteynlə əlbir olaraq ona siyasi zərbə vurmağa çalışdığını sübut edir. O, Vulffu və lazım gələrsə, Epşteynin mirasçılarını məhkəməyə verə biləcəyini vurğulayıb.

Ceffri Epşteyn 14-18 yaş arası onlarla qız uşağına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunurdu. O, 2019-cu ilin avqustunda Nyu-Yorkdakı həbsxana kamerasında ölü tapılmışdı.

FBI və ABŞ Ədliyyə Nazirliyinin araşdırmasına görə, Epşteyn kamerasında intihar edib.

Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью