Trampdan hər bir ABŞ vətəndaşına 5 min dollarlıq ödəniş vədi

04.10.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp aralıq seçkiləri öncəsi amerikalılara 5 min dollarlıq ödəniş vədini yenidən gündəmə gətirib.

BAKU.WS-in məlumatına görə, Tramp Alabama ştatının Mobil şəhərindəki mitinqdə bildirib ki, Respublikaçılar Konqresdə çoxluğu qoruyarsa, hər yetkin ABŞ vətəndaşına 5 min dollar ödənilə bilər.

Onun sözlərinə görə, vəsait yalnız ABŞ daxilində xərclənməli olacaq. Tramp proqramın maliyyələşdirilməsi üçün gömrük tariflərindən əldə olunan gəlirləri göstərib.

Bununla belə, ödənişin həyata keçirilməsi üçün Konqresin qanunvericilik təsdiqi tələb olunur. Nümayəndələr Palatasının spikeri Mayk Conson da bunu təsdiqləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью